2 Avqust 2015 21:13
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin sabiq prezidenti Məhəmməd Mursinin məhkəmə prosesi yenə təxirə salınıb.

Axar.az xəbər verir ki, Qətərə casusluqda ittiham edilən Mursi məhkəmə salonuna ilk dəfə narıncı edam paltarında gətirilib.

Qahirə Cəza Məhkəməsi tərəfindən Polis Akademiyasının binasında baş tutan prosesdə hakim növbəti iclası avqustun 8-ə təyin edib.

Xatırladaq ki, Mirsi və 10 silahdaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin məxfi sənədlərini Qətərə ötürməkdə günahlandırılır.


Müəllif:

Oxşar xəbərlər