Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klub saytı vasitəsilə dünən axşam bəyanat yaymışdı. Həmin bəyanatda “qeyri-leqal” bilet satışından narahatlığını bildirən rəhbərlik kassaların bağlanmasına qərar verildiyini açıqlamışdı.
“Qarabağ” – “Seltik” qarşılaşmasının biletlərinin satışı bugün bərpa olunub. Ağdam klubu tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib, eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.
“Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar.