UEFA Tiflisin "Dinamo" klubunu iyulun 2-də "Qəbələ" ilə keçirdiyi oyunda azarkeşlərin hərəkətlərinə görə cəzalandırıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə UEFA-nın mətbuat xidməti bildirib. Qərara əsasən, "Dinamo"nun növbəti ev matçında fanat sektoru bağlı qalacaq. Həmçinin kluba 20 min avro məbləğində cərimə kəsilib.