4 Avqust 2015 13:33
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə FIFA prezidentliyinə namizəd olacağını açıqlayan UEFA-nın rəhbəri Mişel Platini maraqlı seçki proqramı ilə diqqət mərkəzinə düşüb.

Teleqraf.com xəbər verir ki, bur barədə "AS" məlumat yayıb. Qitə futbol qurumunun prezidenti dünya çempionatındakı komandaların sayını 32-dən 40-a çatdırmaq fikrindədi. Platini daha öncə Avropa Çempionatında iştirakçı sayını 16-dan 24-ə qaldırmışdı.

Platini həmçinin futbolda ağ vərəqənin tətbiqinin də tərəfdarıdı. Ağ vərəqə göstərilən futbolçu 10 dəqiqə meydandan kənarda qalmalıdı. Bundan əlavə, o, 18 yaşa çatmamış futbolçuların transferinə də qadağa qoymaq istəyir.

FIFA prezidentliyi uğrunda mübarizədə Platininin rəqiblərinin koreyalı Çon Mondjun və argentinalı Dieqo Maradona olacağı bildirilir.

Ali futbol qurumunun prezident postuna seçkilər 26 fevral 2016-cı ildə olacaq.

Yozef Blatter mayın 29-da FIFA-nın konqresində növbəti dəfə prezident seçilsə də, bir neçə gün sonra məlum korrupsiya qalmaqalı ilə əlaqədar olaraq istefa verdiyini açıqlamışdı. Ancaq yeni seçkilərin keçirilmə vaxtına kimi o, vəzifəsində qalacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər