4 Avqust 2015 21:17
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Polşanın "Lex" klubunu cəzalandırıb.

Buna Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Saraevo" (Bosniya və Hersoqovina) ilə görüşdə polşalı azarkeşlərin irqçi pankartlar açması səbəb olub.

Azarkeşlərin bu davranışına görə UEFA tərəfindən cəzalandırılan Polşa çempionu avrokuboklarda bir ev matçını boş tribunalar qarşısında keçirməli olacaq. Üstəlik kluba 50 min avro cərimə də kəsilib.

Qeyd edək ki, "Lex" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Bazel"ə 1:3 hesabı ilə uduzub. Polşa təmsilçisi "Bazel" səddini keçəcəyi təqdirdə pley-off mərhələsində ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.


Müəllif:

Oxşar xəbərlər