"Arsenal" ciddi itki ilə üzləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, zədələnən Cek Uilşirin sentyabra kimi oynamayacağı bildirilib. Bu isə o deməkdir ki, 23 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının ilk oyunlarını buraxacaq.
Qeyd edək ki, C.Uilşir indiyə kimi "Arsenal"da 100 matçda oynayıb.