6 Avqust 2015 12:06
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Cempionatın ilk günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə edib.

İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

İkinci yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.

Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Bir dəqiqə ərzində rəqibini böyük hesablı məğlubiyyətə məcbur edən idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.

Digər güləşçilərimiz mübarizəni erkən mərhələdə dayandırıb.


Müəllif:

Oxşar xəbərlər