"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Şinci Kaqava daha bir klubdan təklif alıb.
Teleqraf.com-un verdiyi məlumata görə, "Monako"nun ardından "Napoli" klubu da yaponiyalı futbolçunun xidmətində maraqlıdır.
Kaqava Neapol təmsilçisinin baş məşqçisi Rafael Benitezin transfer siyahısında yer alıb. İtaliya klubu bu transfer üçün 18 milyon avrosundan keçməyə hazırdır. Lakin "Mançester Yunayted" klubu bu təklifə münasibət bildirməkdə tələsmir. "Qırmızı şeytanlar" Kaqavanı daha yüksək məbləğə satmağı düşünür.
Qeyd edək ki, Kaqava ilə "Arsenal" və "Borussiya" (Dortmund) klubları da yaxından maraqlanır.