"Yuventus"un aparıcı futbolçularından Pol Poqbanın forma nömrəsində dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə turin klubunun "twitter" hesabının məlumat yayılıb. Yeni mövsümdən fransalı yarımmüdafiəçi 10 nömrəli formanı geyinəcək. Ona qədər bu nömrəni bir müddət öncə "Yuventus"dan ayrılan Karlos Teves daşıyırdı.
Bundan əvvəl "Yuventus"da 10 nömrəli forma ilə Canpyro Boniperti, Mişel Platini, Roberto Bacco, Alessandro del Pyero kimi əfsanəvi futbolçular çıxış edib.
Rüstəm