6 Avqust 2015 22:54
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

***

“Qəbələ” - "Apollon" qarşılaşmasının 80-ci dəqiqədə Cavid Hüseynov hesabı açıb - ilk oyunda olduğu kimi, penalti zərbəsini dəqiq yerinə yetirib - 1:0.

Oyunun 90+1-ci dəqiqəsində Ürfan Abbasov qırmızı vərəqə alaraq meydanı tərk edib.

Oyunda başqa qol qeydə alınmayıb.

Beləliklə, "Qəbələ" növbəti - IV təsnifat mərhələsinə yüksəlib. Xatırladaq ki, bu mərhələdə "Qarabağ" da mübarizə aparacaq.

****

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.

“Qəbələ” - "Apollon" qarşılaşmasının birinci hissəsində qapılardan top vurulmayıb. Tərəflər fasiləyə heç-heçə ilə yollanıblar.

***

“Qəbələ” “pley-off” üçün mübarizə aparacaq.

Roman Qriqorçukun komandası doğma meydanda Kiprin “Apollon” klubu ilə qarşılaşacaq. İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan “qırmızı-qaralar”ın növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var. İstənilən hesablı qələbə və qolsuz heç-heçə komandamızı qane edir.

Bu nəticələrdən biri qeydə alınsa, o zaman "Qəbələ" tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qarşılaşma saat 21:00-da başlayacaq.


Müəllif:

Oxşar xəbərlər