"Mançester Siti" baş məşqçisi Manuel Pelleqrini ilə müqavilənin müddətini artırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. 63 yaşlı mütəxəssislə yeni sözləşmə 2017-ci ilin yayına qədərdi. Eyni zamanda onun 3 köməkçisi ilə də müqavilə artırılıb.
Pelleqrini 2 ildi ki, "Mançester Siti"nin baş məşqçisidi. Təcrübəli mütəxəssis debüt mövsümündə komandasını ölkə çempionu edə bilmişdi. Bundan əlavə, Liqa Kubokunu qazandırdmışdı.
Rüstəm