8 Avqust 2015 22:14
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Çelsi" futbol klubu baş məşqçi Joze Mourinyo ilə müqavilə müddətini artırıb.

Portuqaliyalı mütəxəssis 2018/19 mövsümünədək "zadəganlar"la çalışacaq.

İmza mərasimindən sonra çıxış edən Mourinyo gələcəkdə daha çox uğur əldə edəcəklərinə ümid etdiyini bildirib.

İngiltərə mətbuatının iddiasına görə, 52 yaşlı mütəxəssis növbəti 4 il üçün təxminən 46 milyon dollar qazanacaq.

Qeyd edək ki, 2004-cü ildən 3 il "Çelsi"nin baş məşqçisi olmuş Joze Mourinyo 2013-cü ildən yenidən bu vəzifəyə qayıdıb.(Report)


Müəllif:

Oxşar xəbərlər