Bu gün Qəbələdə start götürən olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunda 10, 25 və 50 metr məsafədə Azərbaycanı təmsil edəcək idmançılar bəlli olub.
Axar.az-ın Qəbələyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ölkəmizi 10 metr məsafə atışlarında kişilərdə Hüseyn Əliməmmədov, qadınlarda isə Rübabə Quluzadə və Xəyalə Hüseynli təmsil edəcək.
25 metr məsafədən atışlarda isə yığmamızın yalnız qadın heyətinin siyahısı açıqlanıb. Nigar Nəsirova, Zərifə Qasımova, Leyla Mirzəzadə və Ülviyyə Eyvazova bu məsafədə medallar uğrunda mübarizə aparacaq.
50 metrlik məsafədən atışlarda isə hələlik yalnız kişi atıcıların siyahısı açıqlanıb. Urfan Axundov, Elvin Aslanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov bu məsafədən medallar uğrunda tər tökəcək.
Qeyd edək ki, yarışlar avqustun 10-da baş tutacaq.