"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının birinci turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları matçı şərh edib.
Qol.Az-ın məlumatına görə, o, CBC telekanalına müsahibəsində oyundan razı qaldığını deyib:
"Sıfırdan olan komanda idi. Ona görə də nəticədən razıyam. Azarkeşlərə təşəkkür edirəm. İnanıram ki, komandamız daha da formalaşacaq".