10 Avqust 2015 11:30
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komandada vəziyyət pis deyil. Heyətdə istədiyimiz futbolçular var".

Bunu "Report"a açıqlamasında "Sumqayıt" futbol klubunun prezidenti Kamran Quliyev deyib.

Məhəmməd Qurbanovun "Neftçi"yə transfer olduğunu bildirən klub prezidenti qeyd edib ki, hər il daha iddiaçı klublarla futbolçu satırlar: "Bu da klubun gəlir mənbəyidir".

K.Quliyev rəhbərlik etdiyi klubun bu gün yeni mövsümdə keçirəcəyi ilk oyundan danışıb. O, bildirib ki, ötənilki heyətin 75-80 faizi qalıb: "Komandada demək olar ki, əksəriyyəti eyni simalardır. Rəqibimiz "Rəvan" Premyer Liqaya qayıtdığına görə, futbolçuları meydançaya əzmlə çıxacaq. Təbii ki, biz də elə olacağıq. Nəticənin necə olacağını isə zaman göstərəcək".

Klub prezidenti komandanın yeni mövsümdəki hədəflərindən söz açıb: "İlk olaraq hədəfimiz ötənilki nəticəni yaxşılaşdırmaqdır. Son mövsümdə 8-ci yeri tutmuşduqsa, bu il ən azından 7-ci olmalıyıq. Hesab edirəm ki, ötən mövsüm layiq olduğumuz yerdə olmadıq. Öz səhvlərimizdən xal itirdik".


Müəllif:

Oxşar xəbərlər