29 May 2014 10:26
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil dünya çempionatı öncəsi iddialı açıqlamalarla çıxış edib.

AzVision.az-ın Almaniya KİV-nə istinadən verdiyi məlumata görə, türk əsilli futbolçu komandasının dünya çempionluğunu haqq etdiyini bildirib: "Düzünü desəm, çempionluqdan başqa nəticə bizim üçün uğursuzluq olar. Almaniya çempionluğa layiqdir. Bu günə qədər heç bir rəqibimdən qorxmadım, bundan sonra da belə olacaq. Hörmət hər zaman olmalıdır, ancaq risk etmək üçün cəsarət də lazımdır".



Fritz Ualter, Volfqanq Overat və Lotar Matteus kimi futbol əfsanələrindən nümunə götürdüyünü deyən Özil dünya çempionatında yaxşı oyun sərgiləməklə yadda qalmaq istədiyini bildirib: "Mən də əfsanə olmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm".


Müəllif: