29 May 2014 10:36
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq ənənə halını almış Qəbələ kubokunun sayca üçüncüsünü yaşayırıq. Doğma şəhərimizdə sizləri görmək bizim üçün hər zaman xoşdur”.

Apasport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov deyib.


III Qəbələ kuboku ilə bağlı fikirlərini bildirən Heydərov bu turniri bayram adlandırıb: “İsti yay günlərində futbol ab-havası təbii gözəlliyi ilə hamını heyran edən Qəbələyə xüsusi bir canlanma gətirir. “Qəbələ” idman klubunun yeniyetmələr üçün təşkil etdiyi bu turnir, sadəcə futbol yarışı yox, həm də bir bayramdır. Ümid edirəm ki, bu bayram “Fair Play” çərçivəsindən kənara çıxmayacaq və tamaşaçılara xüsusi zövq verəcək”.


Müəllif: