11 Avqust 2015 09:09
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabah favorit olan komandaya qarşı oynayacağıq. Hazırda komandam yaxşı formadadır. Qələbə qazanmağa çalışacağıq. Matçın taleyini "Barselona"nın yox, "Sevilya"nın nə edəcəyi müəyyənləşdirəcək. UEFA superkubokunda oynamağa layiqik".

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Sevilya"nın baş məşqçisi Unai Emeri UEFA superkubokunda "Barselona" ilə oyun öncəsi deyib.

O, rəqib komandanın futbolçusu Neymarın sözügedən matçda zədə səbəbindən oynamamasına da münasibət bildirib: "Neymarın yoxluğu "Barselona" üçün yaxşı olmadı. Amma bu cür böyük komandalarda Pedro ilə yanaşı, bir çox futbolçu Neymarı yerini doldura bilər. "Barselona" Neymar ilə yaxşı komandadadır, ancaq onsuzda rəqibin güclü olduğunu deyə bilərik".

Qeyd edək ki, "Barselona" - "Sevilya" qarşılaşması sabah keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər