"Real" rəhbərliyi qapıçı David De Xeanın Madrid klubuna mümkün keçidi ilə əlaqədar "Mançester Yunayted"a ultimatum göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb. La Liqa nəhəngi təkid edir ki, "qırmızı şeytanlar" yaxın vaxtlarda ya transfer haqqında qərar qəbul etsinlər, ya da təkliflərinin rədd edilməsi ilə bağlı "Real"a dərhal məlumat versinlər.
İspan klubu 24 yaşlı qolkiper üçün 25 milyon avro (üstəlik 5 milyon bonus) ödəməyə hazırdı. "Mançester yunayted" isə onun satışından 35 milyon avro qazanmaq istəyir.
Əgər tərəflər keçidlə bağlı razılaşmasalar, növbəti mövsümün sonunda De Xea ingilis klubunu azad agent kimi tərk edəcək.
Rüstəm