"San-Paulo"nun yeni futbolçusu Borjis Brenu Braziliya klubuna qayıdışdan sonra ilk oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, 25 yaşlı futbolçu "Korintians"a (1:1) qarşı Braziliya A Seriyasının XVII turunda matçının 59-cu dəqiqəsində meydana çıxıb.
Breno karyerasına 2007-ci ildə "San-Paulo"da başlayıb, 2008-cidə "Bavariya"ya transfer olunub. O, 2012-ci ildə yaşadığı evi yandırdığına görə 3 il 9 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
2 il 9 ay sonra - 2014-cü ilin dekabrında Breno nümunəvi davranışa görə azadlığa buraxıldı və "San-Paulo"ya qayıtdı.
Rüstəm