12 Avqust 2015 14:51
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

Teleqraf.com xəbər verir ki, avqustun 12-də kişilər arasında tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışları keçirilib. Yarışın final mərhələsində ABŞ, Rusiya, Çexiya, Böyük Britaniya və Danimarkadan 8 idmançı iştirak edib. Rusiya idmançısı Kiril Qriqoryan 209,3 xalla birinci, ABŞ atıcısı Mathev Emmons 208,4 xalla ikinci, çexiyalı Tomas Jerabek isə 186,6 xalla üçüncü yeri tutub.

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, beş gündür keçirilən atıcılıq yarışlarında indiyədək 16 idmançı gələn il Braziliyada təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


Müəllif:

Oxşar xəbərlər