"Real Sosyedad"la yoxlama görüşü komanda üçün faydalı olacaq. Bəzi futbolçuları sınaqdan keçirmək istəyirəm".
Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyuna da toxunub: "Qəbələ"nin Avropa Liqasının ilk 3 mərhələsində keçirdiyi oyunların videoyazılarını izləmişəm. Rəqibimiz "Dinamo", "Çukariçki" və "Apollon"la görüşlərdə yaxşı təsir bağışlayıb. Həmin oyunlara nəzərən deyə bilərəm ki, "Qəbələ" çox təhlükəli komandadır. Tanınmayan komandalar hər zaman daha çox diqqət tələb edir. Bu görüşə ciddi yanaşsaq, uğur qazanacağıq. Əsas olan heç bir rəqibə yuxarıdan aşağı baxmamaqdır".
Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.