PSJ-nin futbolçusu Zlatan İbrahimoviç daha on gün yaşıl meydanlardan uzaqda qalacaq.
Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, hələ də zədəsini sağalda bilməyən isveçli hücumçu məşqlərdə iştirak edə bilmir. Z.İbrahimoviçin ölkə çempionatının ikinci turunu da buraxağı bildirilib.
Qeyd edək ki, Z.İbrahimoviç Fransa superkubokunda avqustun 1-i "Lion"a qarşı matçda zədələnib. Bu səbəbdən o, Fransa Liqasında birinci oyunda iştirak etməyib. Bundan əvvəl onun ikinci tura kimi sağalacağı bildirilirdi.