"Mançester Yunayted"in qapıçısı David de Xea İngiltərə Premyer Liqasında daha bir oyun buraxacaq.
Onun adı "Aston Villa" ilə oyun üçün heyətə daxil edilməyib.
Ölkə mətbuatı iddia edib ki, de Xeanın heyətə salınmamasının səbəbi onun "Real"a keçməyə yaxın olması ola bilər.
Qeyd edək ki, de Xea İngiltərə Premyer Liqasında "Tottenhem"lə ilk matçda da oynamayıb.