AS qəzeti şəxsi internet portalında Madrid "Real"ının azarkeşləri arasında - "Yeni mövsüm komandanın əsas qapıçısı kim olmalıdı?" başlığı ilə sorğu keçirib.
Teleqraf.com xəbər verir ki, hazırda səsvermə davam edir. İndiyə olan məlumata görə səs verənlərin 56%-i Keylor Navası əsas qapıçı kimi görürlər.
Ondan sonrakı yerdə debütant Kiko Kasilya (43%), 3-cü yerdə isə "Kastilya"nın gənc qapıçısı Ruben Yages (1%) qərarlaşıb.
Bu yay yoxlama oyunlarının 4-də Keylor Navas əsas heyətdə meydana çıxmışdı.
Rüstəm