Qəbələdə davam edən atıcılıq üzrə Dünya Kubokunun qadınlar və kişilər arasında tüfənglə 50 metr məsafədən atəş açmanın final mərhələsinin yarışların qalibləri məlum olub.
Axar.az-ın məlumatına görə, kişilərdən çinli atıcı Hui Zixenq, qadınlardan isə serbiyalı Arunoviç Zorana hər kəsdən üstün olaraq, qızıl medala sahib çıxıb.
İkinci yer uğrunda mübarizədə isə kişilərdən avstriyalı atıcı A. Şmirl, qadınlardan isə çinli Lin Yuimey gümüş medala yiyələnib.
Bürünc medalı isə kişilərdən çinli Zu Qinon , qadınlardan isə taypeyli (Çində Muxtariyyət) Tien Çia Çen öz ölkəsinə aparıb.