İngiltərə Premyer Liqasının II turunda səfərdə "Kristal Pelas"la üz-üzə gələcək "Arsenal"ın baş məşqçisi Arsen Venger komandanın zədəli oyunçuları haqqında məlumat verib.
Teleqraf.com xəbər verir ki, Fransız mütəxəssis "BBC Sport"a açıqlamasında belə danışıb:
"Uilşer artıq məşqlərə başlayıb. Mən düşünürdüm ki, o, 6-8 həftə oynamayacaq, amma ola bilər ki, bərpa prosesi 3-4 həftə olsun. İndi ikinci həftə gedir.
Rosiçki dizindən əməliyyat keçirib. Onun agenti dedi ki, bərpa prosesi 1 və ya 2 ay davam edəcək. Yaşıl meydanlara nə vaxt qayıdacağını isə dəqiq bilmirik.
Uelbek isə ən azı üç həftə oynamayacaq".
Rüstəm