ABŞ-ın MLS liqasında çıxış edən "Orlando Siti" klubunun futbolçusu Kaka uzun müddətdən sonra yenidən Braziliya millisinə çağırılıb.
Teleqraf.com xəbər verir ki,Yığma koamndanın baş məşqçisi Dunqa 33 yaşlı oyunçunu sentyabrda Kosta-Rika və ABŞ-la keçiriləcək yoxlama oyunları üçün heyətə daxil edib.
Dunqa Kaka haqda belə danışıb:
"O, təcrübəsi ilə komandaya faydalı olacaq. Kakaya meydanda çoxlu vəzifə düşəcək".
Kaka sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağırılıb.
Rüstəm