15 Avqust 2015 23:35
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunun “Trap” təsnifatı üzrə kişilər arasındakı final qarşılaşmasında qaliblər məlub olub.

Axar.az xəbər verir ki, bütün atışlarında xüsusi seçilən rusiyalı Aleksey Alipov qızıl medalı öz nailiyyət siyahısına əlavə edib.

Yarış zamanı heç rəqiblərindən geri qalmayan xorvatiyalı Çernoqraz Ciovanni isə gümüş medalı qazanıb.

Bürünc medal uğrunda mübarizədə isə türkiyəli rəqibini üstələyən italiyalı Fraska Erminio minimal fərqlə qalib gələrək medala sahib çıxıb.

Qaliblərə medal və mükafatı Federasiyanın Vitse Prezidenti və Baş katibi Hafiz Cəfərov təqdim edib.


Müəllif:

Oxşar xəbərlər