16 Avqust 2015 01:17
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Havanın isti olmasına baxmayaraq, futbolçular sona qədər çalışdılar. Çünki qələbə qazanmaq vacib idi. Cari çempionat asan keçməyəcək".

Teleqraf.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının ikinci turunda "Rəvan"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, rəqib haqda müsbət fikirlər səsləndirib:

"Az vaxtda yaxşı kollektiv kimi formalaşan “Rəvan” bizə problem yaratdı. Komandanın baş məşqçisi Emin Quliyevə uğurlar arzulayıram. Düşünürəm ki, “Rəvan” çətin komandadır. Fürsətdən istifadə edib, azarkeşlərə oyuna gəldikləri üçün təşəkkür edirəm".

Q.Qurbanov hazırda hücumçu və müdafiəçi axtardıqlarını bildirib:

"Son vaxtlarda transfer etmək bir qədər çətin olub. Əgər futbolçu tapa bilsək, ayın 31-dək transfer etmək niyyətindəyik”.


Müəllif:

Oxşar xəbərlər