Türkiyə superliqasında ilk turun oyunları davam edir.
Teleqraf.com Qol.Az-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma keçirilib.
"Trabzonspor" öz meydanında "Bursaspor"la qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Trabzon təmsilçisi 67-ci dəqiqədə vurduğu qolla oyundan qalib ayrılıb - 1:0.
Son çempion "Qalatasaray" ilk turda Sivasa səfər edib. Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib. Lakin 0:2 hesabı ilə geridə olan "Qalatasaray" əzmkar oyunla matçdan bir xalla ayrılmağı bacarıb.
Qeyd edək ki, superliqada ilk tura sabah keçiriləcək "Gənclərbirliyi" - "Rizəspor" oyunu ilə yekun vurulacaq.