Premyer Liqanın 2-ci turunda AZAL-ın qonağı olan "Qəbələ"nin futbolçuları ilk yarının sonlarında Aleksey Qayın penalti qolu ilə hesabı açdıqdan sonra bunu xüsusi qeyd ediblər.
Onlar hazırda məlum hadisə ilə əlaqədar həbsdə olan Cavid Hüseynova dəstək olublar.
Komanda yoldaşları dəstək məqsədilə Hüseynovun 14 nömrəli formasını nümayiş etdiriblər.