“Qarabağ” Premyer Liqanın II turunda səfərdə “Rəvan”a 2:1 hesabı ilə qalib gəlib.
İkinci qolun müəllifi olan Ağdam klubunun futbolçusu Qara Qarayev oundan sonra jurnalistlərin suallarını cavablandırıb
- Qol vurmaq üçün darıxmışdın?
- Sözsüz. Şükürlər olsun ki, qol vurdum. Bu, məni çaşdırmamalıdır. İşimə daha da ciddi yanaşmalıyam.
- Nə yaxşı Dani Kintana cərimə zərbəsini yeriə yetirməyə sənə imkan verdi?
- Elə həmin anda ona sağol dedim. Həmişə cərimə zəribələrini Dani vururdu. Bu dəfə istdədim ki, bunu mən edim. Komanda yoldaşım da buna etiraz etmədi. Sevinirəm ki, yaxşı qol vurdum. Çalışacam ki, daha çox fərqlənim.
- Ancaq mövqeyin elədir ki, qol vurmaq imkanın az olur.
- Cərimə zərbələrindən fərqlənə bilərəm. Oyun epizodlarında da qapıya zərbələr endirməli, qol epizodları yaratmalıyam.
- Bugünkü görüşdə çətinlik çəkdiniz?
- Hər bir oyunda çətinlik olur. Baş məşqçimiz əsasən yeni futbolçulara şans vermişdi. Onların bəziləri “Qarabağ”ın heyətində ilk Premyer Liqa oyununa çıxırdı. Ən önəmlisi budur ki, çətinliklərə baxmayaraq qalib gəldik.
- Avropa Liqasının pley-off mərhələsindəki rəqibiniz “Yanq Boyz” haqda nə deyə bilərsən?
- Yaxşı komandaya qarşı oynayacağıq. Sürətli futbolçulardan təşkil olunmuş bir rəqibimiz var. Hələ ki, baş məşqçimiz “Yanq Boyz”la bağlı bizə tapşırıq verməyib. Yəqin ki, bu oyundan sonra rəqibi ətraflı analiz edəcəyik. Bütün xalqımızın dəstəyi “Qəbələ” və bizimlə olsun. “Qəbələ” də qrup mərhələsinə düşsə, çox sevinərik.
- Ötənilki “Qarabağ”la indiki arasında nə kimi fərq var?
- Sözsüz ki, fərq var. Bir çox aparıcı futbolçularımız komandadan gedib. Çalışacağıq ki, bu fərqi tezliklə aradan qaldıraq.
- Meydana sonradan daxil oldun. Biz Qara Qarayevi ehtiyat oyunçular skamyasında görməyə öyrəşməmişik.
- Məncə, “Yanq Boyz”la oyuna görə baş məşqçimiz mənə bir qədər istirahət verməyi düşünüb. Əslində “18-lik”də olmağım planda yox idi. Sonradan Qurban müəllim belə qərar verdi. Şükürlər olsun ki, qol vurmağı da bacardım.
qol.az