Dosomething.org portalı xeyriyyəçiliklə fəal məşğul olan idmançıların reytinqini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo dünyada xeyirxah məqsədlərə ən çox pul xərcləyən idmançıdı.
Məlumatda bildirilir ki, portuqaliyalı futbolçunun bu məbləğlər arasında beyin əməliyyatına ehtiyacı olan 10 yaşlı oğlanın müalicəsinə 83,000 $-ı, ölkəsində xərçəng şişi xəstəliyinə qarşı mübarizə üçün 165,000 $-ı ayırmasını qeyd etmək olar.
Üstəlik Ronaldo öz şöhrətindən istifadə edərək uşaq aclığı və şişmanlığına qarşı kampaniyalarda yaxından iştirak edib.
Xatırladaq ki, Ronaldo Nepaldakı zəlzələdən əziyyət çəkənlərədə 7 milyon dollar yardım edib.
2015-ci ildə xeyriyyə məqsədi ilə ən çox pul xərcləyən 20 idmançının siyahısı belədi:
1. Kriştiano Ronaldo (futbol)
2. Con Sina (restler)
3. Serena Uilyams (tennis)
4. Yuna Kim (fiqurlu konkisürmə)
5. Neymar (futbol)
6. LeBron Ceyms (basketbol)
7. Hizer O'Reyli (futbol)
8. Mariya Şarapova (tennis)
9. Mona Devis (beysbol)
10. Riçard Şerman (amerikan futbolu)
11. Meril Devis və Çarli Vayt (buz üzərinə rəqs)
12. Den Karter (reqbi)
13. Roman Reyns (restler)
14. Ronda Rouzi (MMA)
15. Lindsi Vonn (dağ xizəyi)
16. Tom Deyli (suya tullanmala)
17. Betani Hemilton (sörfinq)
18. Saina Nexval (badminton)
19. Pol Rabil (lakross)
20. Şahid Afridi (kriket).
Rüstəm