18 Avqust 2015 18:50
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasının FULL HD yayımını Türkiyənin "Saran Holding" şirkəti həyata keçirir.

Bu barədə "Report"a holdinqdən məlumat verilib.

Şirkətdən bildiriblər ki, oyunların çəkilişi zamanı eyni zamanda 12 kamera və 30 nəfərdən ibarət canlı yayım heyəti çalışır. Holdinqdən bildirilib ki, "Saran Holding"in Azərbaycan tərəfi ilə razılığı haqda müddəalar yaxın zamanlarda rəsmi şəkildə açıqlanacaq.

Qeyd edək ki, "Saran Holding" bu günədək bir sıra iri layihələri həyata keçirib. Hazırda holdinq futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatı və 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələlərinin Türkiyədə rəsmi yayım hüququna malikdir.


Müəllif:

Oxşar xəbərlər