29 May 2014 15:24
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyinə hazırlaşan Qətər turistlərə geyimlə bağlı qaydalar tətbiq edib.

Qaydalarda turistlərə onların mədəniyyətlərinə hörmətlə yanaşmaları istənilir.

Teleqraf.com-un “dailymail”ə istinadən verdiyi xəbərə görə, Qatar İslami Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan reklam kampaniyasındakı elanlar görənləri təəccübləndirib.

Xüsusilə qadın turistlər üçün bir növ “geyim bələdçisi” (dress code) olan elanlarda: “Əgər Qətərdəsinizsə siz də bizdən birisiniz. Hörmətli qonaqlar, turistlər! Bilin ki, biz müsəlman ölkəsiyik və buna görə də adətlərimizi aşağılamamağınız, ənənələrimizə əməl etməyiniz lazımdır.

Lasinlər şalvar deyil. Çiyinlərinizdən dizlərinizə qədər örtünün. Kişilər ictimai yerlərdə şortlarda və maykalarda gəzməməli, qadınların da mini-yubka və ya qolsuz paltarlar geyməmələri məsləhətdir” yazılıb.

Aygün İlqarqızı


Müəllif: