29 May 2014 15:29
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı, “İbrahim Nehrəmli” kimi tanınan “Avesta” konserninin prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim İbrahimov sahibi olduğu “Khazar İslands” (“Xəzər adaları”) futzal klubuna Braziliya və İspaniyadan ümumilikdə 12 futbolçu alıb.



Bu barədə Publika.az-a İbrahim İbrahimov məlumat verib.



Futbolçulara 1,5 milyon manat sərf etdiyini vurğulayan Hacı İbrahim yayda komandanın yeni heyətində sözügedən futbolçuların yer alacağını söyləyib:



“Çalışacam ki, Azərbaycanda futzal komandaları arasında “Khazar İslands” klubu ən öndə gedəni olsun. Bunun üçün əlimdən gələni edəcəm. Komandanın inkişafı üçün hər şey edəcəm”.


Müəllif: