"Transfer pəncərəsi"nin bağlanmasına az vaxt qalmış "Barsa"nın yeni oyunçu alacağı da gözlənilmir.
Teleqraf.com xəbər verir ki, katalonlar yaxın vaxtlarda "Çelsi"yə keçəcəyi gözlənilən Pedro Rodriqesin yerinə futbolçu almağı planlaşdırmır.
Bu barədə "Sport" qəzeti məlumat yayıb. 28 yaşlı futbolçunun London klubuna transferi artıq həllini tapıb.
La Liqa nəhəngi bu yay heyətinə qatdığı futbolçuları qadağaya görə yanvar ayına qədər oynada bilməyəcək. "Transfer pəncərəsi"nin bağlanmasına az vaxt qalmış "Barsa"nın yeni oyunçu alacağı da gözlənilmir.
Məlumatda bildirilir ki, yeni mövsümdə oyun təcrübəsi az olan gənc futbolçular - Munir və Sandroya daha çox yer veriləcək.
Qeyd edək ki, "Barselona" bu yay Arda Turan və Aleiş Vidalı transfer edib.
Rüstəm