İspaniya çempionatının oyunları son 25 ildə ilk dəfə dekabrın 31-də keçiriləcək. La Liqa rəhbərliyi 18-ci turun oyunlarını yeni il ərəfəsinə planlaşdırıb.
Əvvəlcə turun yanvarın 3-nə təyin olunması qəbul edilmişdi. Amma sonradan müddət ertələnib və oyunlar dekabrın 30-31-nə salınıb. Belədə İspaniya çempionatı təqvim üzrə 2016-cı il mayın 16-da başa çatacaq. Bu isə İspaniya yığmasına AÇ-2016-ya hazırlaşmaq üçün daha çox vaxt qazandıracaq.
Onu da deyək ki, sonuncu dəfə La Liqanın oyunları 1990-cı ildə dekabrın son gününə təyin olunub. La Liqada 2015/16 mövsümü avqustun 21-də “Malaqa” – “Sevilya” matçıyla start götürəcək.