20 Avqust 2015 20:14
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov bu gün Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ” - “Panatinaikos” görüşü haqda danışıb.

Teleqraf.com-un “Qəbələ” İK qəzetinə istinadən verdiyi məlumata görə, 56 yaşlı mütəxəssis Qəbələ təmsilçisinin Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etdiyini vurğulayıb: “Qəbələ” təkcə baxımlı futbol deyil, həm də xarakter göstərən komandadır. Qeyd edim ki, püşk bu komandaya güzəşt etməyib.

“Qəbələ” hələ təsnifat mərhələlərində güclü rəqiblərlə qarşılaşsa da, hər birinə əsl gücünü göstərməyi bacardı. Həm də ayrı-ayrı futbol məktəblərinə qarşı oynamalı oldu. Baş məşqçi Roman Qriqorçuk “Qəbələ”yə qələbə ruhu, qələbə qazanmağa inam verən xüsusiyyətlər gətirə bilib. Bu, çox önəmlidir. Uğurlu çıxışın davamı mütləq gələcək. “Qəbələ” çempion “Qarabağ”la matçda da əsl simasını, çox mübariz komanda olduğunu göstərdi. Komanda hesabda geriyə düşüb azlıqda qalsa da, özündə güc taparaq məğlubiyyətdən qurtula bildi”.

O, həmçinin “Qəbələ”nin növbəti ilkə imza atacağına inandığını bildirib: “Qəbələ”də komanda ruhu var. Bunun qrupa vəsiqə qazanmaqla nəticələnəcəyini gözləyirik. Mən bilərəkdən rəqiblərdən söz salmadım. Çünki hesab edirəm ki, tarixi yazan biz olmalıyıq”.


Müəllif:

Oxşar xəbərlər