UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib. “Qəbələ” öz meydanında Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.
III təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrup mərhələsinin bir addımlığında “Panatinaikos”la üz-üzə gəlib.
Təmsilçimiz bir neçə dəfə cəhdlər etsə də oyunda hesabı açmaq mümkün olmayıb. Matç başladığı kimi də qolsuz başa çatıb.
***
Afinada keçiriləcək cavab matçı öncəsi təmsilçimiz sərfəli nəticə qazanmalıdır. Əks halda komandamızın qrup mərhələsinə yüksəlməsi çətin olacaq.
Qeyd edək ki, “Qəbələ” pley-off mərhələsinə qədər ardıcıl olaraq “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya) və “Apollon”u (Kipr) mübarizədən kənaralaşdırıb.
20 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar
21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Bettsı (İngiltərə)
Bakı. 8-ci kilometr qəsəbə stadionu