"Qarabağ"ın səfərdə qalıb gəldiyi "Yanq Boyz" klubunun kapitanı oyun barəsində açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Stiv von Bergen qarşılaşma ilə bağlı bunları deyib:
"Nə baş verdiyini anlaya bilmirik. "Qarabağ"la oyunda sadəcə, aciz vəziyyətə düşmüşdük. Meydançada sanki nəfəsimiz çatmırdı. Köməksiz görünürdük. Ancaq dərhal toplarlanmalıyıq. Cütün taleyi hələ həll olunmayıb. Düzdür, cavab görüşünə çox az vaxt qalıb. Amma hər şey özümüzdən asılıdır. Məncə, Bakıda qələbə qazanıb, mərhələ adlaya bilərik".
Rüstəm