"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal komandanın qapıçısı David de Xea ilə bağlı önəmli açıqlama verib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ispan qolkiperi satmağı düşünmədiklərini bildirib:
"Biz də bəzi futbolçuları transfer etmək istəyirik. Ancaq bunun üçün həmin futbolçunun klubunun razılığı olmalıdır. "Real" de Xeanı istəyə bilər. Ancaq biz onu satmırıq".
Qeyd edək ki, "Real"ın de Xea üçün "MY"a 12 milyon funt sterlinq təklif etdiyi etdiyi iddia edilie.