24 Avqust 2015 23:12
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasında II turun "Bets"lə ev oyununa hazırlaşan "Real"da üzlər gülür.

Teleqraf.com xəbər verir ki, Madrid klubunun daha bir aparıcı futbolçusu zədəsini sağaldıb. Klubun saytının verdiyi xəbərə görə, Kərim Benzema ümumi qrupda məşqlərə başlayıb.

Avqustun əvvəlində zədələnən fransız forvard ötən gecə "Real"ın La Liqanın ilk turunda Xixon "Sportinq"i ilə görüşünü (0:0) buraxıb.

Daha öncə Pepe və Rafael Varan bərpa prosesini tamamlayaraq komandaya qoşulmuşdu.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər