29 May 2014 18:25
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola səhər saatlarında səssiz-sədasız kiçik bir mərasimlə 20 illik sevgilisi Kristina Serra ilə evlənib.

Barselonanın Matadepera Bələdiyyəsində reallaşan mərasiminiə mətbuat nümayəndələri buraxılmayıb. Nikah mərasimində cütlüyün ana-ataları ilə birlikdə uşaqları Maria, Marius və Valentina iştirak ediblər.

Mətbuat Qvardiolanın evlənməsi barədə bələdiyyənin rəsmi səhifəsində xəbər tutub. Belə ki, səhifədə cütlüyün fotoları yerləşdirilib.

Aygün İlqarqızı


Müəllif: