Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyununa 7000 bilet satılıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisi bildirib ki, avqustun 25-i günorta saatlarına qədər bu sayda bilet satılıb: "Sabah axşam saatlarınadək satışa çıxarılan bütün biletlərin alınacağı gözlənilir".
Qeyd edək ki, "Qarabağ" və "Yanq Boyz" komandaları arasında keçiriləcək cavab görüşü avqustun 27-də baş tutacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.
İsveçrədə keçirilən ilk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.