25 Avqust 2015 18:25
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avro-2017" nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Avstriya yığmasının heyəti açıqlanıb.

Trend-in Avstriya mətbuatına istinadən verdiyi məlumata görə, rəqibin baş məşqçisi Verner Qreqoriçin müəyyənləşdirdiyi siyahıda 39 futbolçu yer alıb.

Bunlardan 16-sı ehtiyat futbolçudur. Bakıya gələcək oyunçuların sırasında "Real" (Madrid) və "Bavariya"nın da futbolçuları var.

Qeyd edək ki, sentyabrın 4-də Bakıda millimizlə qarşılaşacaq Avstriya yığması 4 gün sonra Rusiya ilə üz-üzə gələcək.

Qapıçılar: Daniel Bahmann (“Ross Kantri”, Şotlandiya), Markus Kuster (“Mattersburq”), İvan Luçiç (“Bavariya”, Almaniya)

Müdafiəçilər: Lukas Quqqaniq (“Frankfurt”, Almaniya), Lukas Yaqer (“Altax”), Filip Linhart (“Real”, İspaniya), Kristof Marçinko ("Austriya"), Fillip Mvene (“Ştutqart”, Almaniya), Filip Poş (“Admira Vakker”), Ylli Sallahi (“Karlsrue”, Almaniya), Kristian Şoissenqeyr ("Şturm Qrats")

Yarımmüdafiəçilər: Kristian Derflinqer (“Qrodiq”), Nikola Dovedan (LASK), Kristian Qarner (“Fortuna”, Almaniya), Valentino Lazaro (“Zalsburq”), Martin Rasner (“Qrodiq”), Tarkan Serbest (“Austriya”), Luis Şaub (“Rapid”), Alessandro Şopf (“Nürnberq”, Almaniya), Dominik Vidra (“Paderborn”, Almaniya)

Hücumçular: Kevin Freyzinbihler (“Austriya”), Mixael Qreqoriç (“Hamburq”, Almaniya), Florian Qrilliç (“Verder”, Almaniya)

Ehtiyat futbolçular: Aleksandr Şlager ("Qrödiq"), David Domey ("Hayduk", Xorvatiya), Patrik Vesseli ("Admira Vaker"), Filip Visinger ("Liferinq"), Sebastian Vimmer ("Volfsburq", Almaniya), Markus Blutş ("Admira Vaker"), Andreas Qruber ("Şturm Qrats"), Saşa Horvat ("Şturm Qrats"), Roman Kerşbaum ("Qrödiq"), Fransesko Lovrik ("Ştutqart", Almaniya), Bernhard Luksbaher (FAC), Xavyer Şlager ("Liferinq"), Sven Spranqler ("Mattersburq") - Marvin Eqo ("Admira Vaker"), Bernd Qşeidl ("Qrödiq"), Marko Kvaşina ("Avstriya")


Müəllif:

Oxşar xəbərlər