26 Avqust 2015 15:12
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolçu Çempionlar Liqasında Ukrayna klubunun heyətində meydana çıxmayacaq.

Teleqraf.com xəbər verir ki, "Barselona" yay "transfer pəncərəsi"nin bağlanmasına qədər Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Andrey Yarmolenkonu almaq niyyətindədi.

Kataloniyanın "Sport" qəzeti yazır ki, La Liqa nəhəngi 25 yaşlı oyunçu üçün 20 milyon avro təklif edib.

Məlumata görə, "Barselona" sözügedən məbləği üç mərhələdə ödəməyi planlaşdırır: 5 milyon avro – avqustda, 5 milyon – yanvarda (transfer qadağası ləğv olunacaq) və 10 milyon – mövsüm sonuna yaxın...

Qeyd edilir ki, "Dinamo" ilin sonuna kimi Yarmolenkonu icarədə saxlamaq istədiyini "Barsa"dan xahiş edib. Amma belə olan halda təcrübəli futbolçu Çempionlar Liqasında Ukrayna klubunun heyətində meydana çıxmayacaq.

Yarmolenkonun "Dinamo" ilə müqaviləsinin müddəti 2016-cı ilin yayında bitir. Onun müqaviləsindəki təzminat dəyəri 24,5 milyon avro olaraq göstərilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər