26 Avqust 2015 18:41
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın MLS Liqasında çıxış edən "Los-Anceles Qalaksi" klubunun baş məqşçisi Bryus Arena komandasının ulduz futbolçusu Stiven Cerrard haqda maraqlı fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Təcrübəli mütəxəssis belə danışıb:

"Yaşıl meydanlarda Cerrardın növbəti addımı məşqçi olmaqdı. Buna şübhə yoxdu. O, bu haqda düşünür. Biz onun "Liverpul"dakı oyunlarından danışmışıq, müqayisələr aparmışıq.

Cerrard karyerasını bitirəndən sonra məşqçi olmağa hazırlaşır. Bilmirəm hansı klubu çalışdırmaq istəyir. "Qalaksi"də məni əvəz etsəydi, xoşuma gələrdi. Ancaq bu, çətin ki, baş versin. Çünki onun İngiltərəyə qayıdacağını düşünürəm.

Əgər Cerrard futbolçu olmasaydı, hansısa işdə çox yaxşı dost olardı. Məsələn, o, professor ola bilərdi".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər