29 Avqust 2015 20:48
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dnepr"in baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssis hazırkı rəqiblərinin ötən mövsümkü qrupu xatırlatdığını bildirib:

"Bu qrup mənə ötən mövsümdəki rəqibləri xatırlatdı. Ancaq bu dəfə "İnter"in əvəzinə "Latsio", "Qarabağ"ın yerinə isə "Rusenburq"la düşdük. "Latsio" yaxşı komandadır. Onları qrupun favoriti adlandırmaq olar? Bu barədə danışmağa tələsmirəm. Ötən mövsümün finalçısı kimi ən azı qrup mərhələsini adlamalıyıq. Biz artıq böyük klublarla oyunlarda özümü sübut etmişik. Bunu Avropa Liqasında yenə etməliyik".

Qeyd edək ki, G qrupunda qərarlaşan "Dnepr" "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa) və "Rusenburq" (Norveç) klubları ilə mübarizə aparacaq.


Müəllif:

Oxşar xəbərlər